Keniyada əhali çəyirtkə yeyəcək
Keniya hökuməti əkin sahələrinə yayılan çəyirtkələrlə mübarizədə qeyri-adi üsul seçib.
Rakus.az xəbər verir ki, Keniya dövləti əhaliyə əkin sahələrində artan çəyirtkələri yeməyi tövsiyə edib.
“The Daily Nation” nəşri bildirib ki, Keniya hökumətinin bu çağırışından sonra çəyirtkələr əhalinin dadlı qidasına çevriləcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məsələ ilə bağlı açıqlamasında bildirilib ki, həmin coğrafiyada yaşayan insanların qəbul etdiyi qida rasionunda çəyirtkə də yer alır.
Keniya Kənd Təsərrüfatı və Heyvandarlıq Təşkilatının direktoru fermerlərə çəyirtkədən ləzzətli yeməklər hazırlamağı tövsiyə edib. Eyni zamanda, vurğulanıb ki, çəyirtkədən qida kimi istifadə edən insanlarda infarkt riski azalır.
Xatırladaq ki, çəyirtkə sürüləri Keniyada hər gün 150 kvadratkilometrdən artıq əkin sahəsini məhv edir.