“Kim səninlə gəzibsə, ölüb” – Afətdən Floraya sərt ittiham - VİDEO
Xalq artisti Flora Kərimovanın “Zaurla Günaydın” proqramında söhbət zamanı “Nəsimini bərbad hala salan Afət” ifadəsini işlətməsi müğənni Afət Fərmanqızını özündən çıxarıb.
F.Kərimova da onu cavabsız qoymayıb: “İki ali təhsil sahibi müəllim-müğənni” fikirlərin cəhənnəm, cumlə sonluqlarına bax, yazıların qüsursuz olsun. Toyların azalıb, “mən-mən”də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən – “filoloq, alimdən” başqa. İş ki, qaldi “ətnən pişik” misalına – ovçu olmaq taleyin gətirmədi. Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” – bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.
Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə “əhsən” düşür.
İndiyə kimi mənəvi cinayyətlə məişət cinayyəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.
Afət, sevirəm deyib “dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşman da ola bilmədin”.
Afət Fərmanqızı əsəbi halda video paylaşaraq F.Kərimovanı tənqid edib.