“Kinq-Konq”un aktyoru vəfat etdi
Məşhur “Kinq-Konq” filmində və “Ulduzlu yol” teleserialında çəkilmiş Amerika rejissoru və aktyor Rene Oberjonua vəfat edib.
Rakus.az xəbər verir ki, o, ötən gün ömrünün 80-ci ilndə dünyasını dəyişib.
“Biz təəssüf ki, Renenin bu gün, bazar günü, 8 dekabrda vəfat etdiyini təsdiq edirik”, – deyə aktyorun “Twitter” səhifəsində yayılmış xəbərdə bildirilir.
Oğlunun sözlərinə görə aktyor Los-Anjelesdə öz evində ölüb. Ölmünün səbəbi ağciyər xərçəngi olub.
Rene Oberjonua 1940-cı ildə Nyu-Yorkda doğulub. O, 25-dən çox filmdə, onlarla serialda rol alıb.
Oberjonua “Hərbi-səhra hospitalı”, “Kinq-Konq”, “Bizonun veylləndiyi yer” və “Bostonun hüquqşünasları” seriallarında, “Ehtirasların anatomiyası”, “Ulduzlu yol. Uzaq kosmos 9” bədii film və teleseriallarında çəkilib.