Mədəni 30.04.2019 19:37

Kitabın müzakirəsi oldu - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.

Rakus.az xəbər verir ki, universitetdən verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla yenicə çapdan çıxmış kitabın Ramiz Mehdiyevin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri keçmiş tariximizi bugünümüz qədər dərk etmək, bugünümüzdə ondan mənalı şəkildə istifadə etməkdir”.

K.Abdulla əlavə edib ki, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı Azərbaycan tarixi və mənəvi düşüncəsini irəli aparmaq amalına xidmət edir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov iştirakçıları akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, kitabın müzakirəsinin təşkil olunması üçün yaradılan şəraitə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib: “Kitab çap olunduğu andan etibarən geniş ictimaiyyətin diqqətini cəlb edib. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın xanlıqlar dövrünə baxışın konseptual nöqteyi-nəzərdən natamam olduğunu deyə bilərik. Dövr olaraq onun siyasi qiyməti verilməmişdi. Bunları nəzərə alaraq Ramiz Mehdiyev öz kitabında bu boşluqları bir-bir qabardır, onların aradan qaldırılmasına dair öz baxışlarını ortaya qoyur”.

Tədbirdə Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova, Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri professor Solmaz Rüstəmova-Tohidi, professor Niyazi Mehdi kitab haqqında fikirlərini bildirib, nəşrin konseptual mövqeyi, tarixi və ideoloji yanaşmaları, xanlıqların İran, Rusiya və bir-biriləri ilə münasibətlərindən bəhs olunan hissələrindən danışıblar. Bildirilib ki, kitab tarixçilər və mütəxəssislər, həmçinin tarixlə maraqlanan şəxslər üçün dəyərli tədqiqat əsəri, metodiki nöqteyi-nəzərdən istiqamətləndirici vəsaitdir. Kitabın istinad mənbələri haqqında danışan mütəxəssislər əsərin Azərbaycan elminə dəyərli töhfə olduğunu deyiblər.

Azərbaycan oxucusuna ana dilimizdə ilk dəfə təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusi ilə böyük tarixi əhəmiyyətə malikdir. Həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meylinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcəkdir. Təqdim olunan sənədlər müvafiq şərh və izahlarla müşayiət edilir.

Kitabda dövrün mühüm şəxsiyyətlərinə və hadisələrinə dair tarixi məlumatlar və qeydlər ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sosial elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirova, sənədlərin fars dilindən tərcüməsi isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevə məxsusdur. Kitabın redaktorları Aslan Aslanov, Dağbəyi İsmayılovdur. “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış kitab 232 səhifədən ibarətdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO