Koçaryanın həbsi ilə bağlı qərar verildi
Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.
Rakus.az xəbər verir ki, hakim R.Koçaryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı əvvəlki məhkəmə qərarından verilən şikayəti təmin edib. Hakim bildirib ki, qərardan 15 gün ərzində şikayət vermək mümkündür. Robert Koçaryan və vəkili məhkəmə iclasında iştirak etməyib.
2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zəminliyi ilə azadlığa buraxılıb.
O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.