Koçaryanın işi ilə bağlı iclas polis mühasirəsində keçirildi
Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq prezidenti Robert Koçaryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclası keçirilib.
Rakus.az xəbər verir ki, iclas zamanı məhkəmənin binası polis tərəfindən mühasirəyə alınıb.
Koçaryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayət işinin başlanmasını ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarıb. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qəti-imkan tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Koçaryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.
Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Koçaryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O əlavə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qəti-imkan tədbirini ləğv edə bilər.