“Köçərilərin torpağı” filmi qalib oldu
ABŞ-da çalışan çinli rejissor Xloe Zaonun “Köçərilərin torpağı” (Nomadland) filmi 45-ci Toronto beynəlxalq kino festivalının (Toronto International Film Festival, TIFF) Qran-pri mükafatını alıb.
Rakus.az xəbər verir ki, bu barədə məlumatı festivalın təşkilatçıları yayıb.
“Köçərilərin torpağı” ABŞ-da “yeni köçərilər” – yollarda yaşayan insanlar haqqında filmdir. Bu ekran əsəri, həmçinin Venesiya film festivalının ən yüksək mükafatına layiq görülüb.
Dünyanın ən böyük film festivallarından biri olan TIFF sentyabrın 10-dan 19-dək keçirilib. Bu il koronavirus pandemiyası ilə əlaqədar festivalda 100-dən az film təqdim olunub. Digər festivallardan fərqli olaraq orada rəsmi jüri yoxdur, qalib ekran əsəri tamaşaçı səsverməsinin nəticələrinə əsasən seçilir.