Kopenhagendə 17 yeni metro stansiyası istifadəyə verildi
Danimarka Kraliçası ikinci Marqrete paytaxt Kopenhagendəki 17 yeni metro stansiyasının açılışında iştirak edib.
Rakus.az xəbər verir ki, Kopenhagen Dairəvi xətt (dan. Cityringen) adlandırılan yeni dəmiryolu xətti yüksək texnologiyalı, sürücüsüz idarəolunan qatarlarla təchiz olunub.
Yeni stansiyaların açılış mərasimində ikinci Marqrete ilə yanaşı Danimarkanın Baş Naziri Mette Frederiksen, Kopenhagen şəhərinin meri Frank Jensen, hökumət üzvləri və siyasətçilər də iştirak edib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları şəhərin əsas meydanında yeni tikilmiş stansiyadan yola çıxan birinci qatarın ilk sərnişinləri olublar.
Qeyd edək ki, yeni stansiyaların açılışını qeyd etmək üçün Kopenhagendə bütün avtobus, qatar və metro səyahətləri həmin gün gecə yarısına qədər pulsuz elan edilib.