Koronavirusdan müalicə ABŞ vətəndaşları üçün pulsuz olacaq
Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq.
Rakus.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Viskonsində tərəfdarları qarşısında keçirilən mitinqdə bu barədə vəd verib.
Çıxış zamanı o, dərmanın heyrətamiz təsirini xatırladıb və bununla bağlı təəssüratlarını bölüşüb.
“Özümü çox yaxşı hiss etmirdim. Dərmanı qəbul edən günün səhəri yuxudan oyandım və bütün dünyanı fəth edə biləcəyimi hiss etdim. “Məni buradan çıxarın!” – dedim”.
Amerikalı lider xəstəxanada olduğu müddətdə istifadə edilən üsulların adi klinikalara tətbiq etmək üzərində işlədiyini əmin edib.
Beləliklə, ABŞ administrasiyası anticisimlərə əsaslanan dərmanları istehsal edən “Regeneron Pharmaceuticals” və “Eli Lilly and Company” preparatlarını ehtiyacı olanlar üçün pulsuz etməyi planlaşdırır.