Koronavirusdan ölənlər ən çox İtaliyadadır – STATİSTİKA

İtaliyada koronavirus infeksiyası qurbanlarının sayaı virusun mənbəyi olan Çini də ötüb.
Rakus.az xəbər verir ki, son məlumata görə, gərgin vəziyyətin hökm sürdüyü İtaliyada ölü sayı 3 405-ə yüksəlib. Çində isə bu rəqəm 3 237 nəfər idi. Bununla da İtaliyada koronavirusdan dünyada insan itkisinin ən yüksək olduğu ölkə olub.
Yoluxanların sayı isə 5 mindən də çox artaraq 35 713-dən 41 035-ə yüksəlib. Virusdan sağalanların sayında da artım var – 4 440.
Xatırladaq ki, koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Qısa müddət əzində virus bütün dünya ölkəlrinə sıçrayıb. Nəticədə ÜST pandemiya elan edib. Xəstəlik təhlükəsinin yayılması ilə əlaqədar dünyanın bir çox ölkəsi sərhədlərini bağlayıb, ölkə daxilində izolyasiya tədbirləri həyata keçirir.