Dünya 09.03.2020 09:58

Kral ailəsinin üzvləri həbs edildi

Səudiyyə Ərəbistanı Səudiyyə kral ailəsinin iki üzvünü, Kral Salmanın kiçik qardaşı Şahzadə Əhməd bin Əbdüləziz və kralın qardaşı oğlu Məhəmməd bin Nayefi həbs edib. Bu barədə məsələ ilə yaxından tanış olan iki ayrı mənbə məlumat verib.

Kral Salmanın oğlu və dünyanın ən böyük neft ixracatçısı və ABŞ müttəfiqinin de fakto lideri vəliəhd şahzadə Məhəmməd bin Salman 2017-ci ildə saray çevrilişi nəticəsində əmisi oğlu Məhəmməd bin Nayefi vəliəhdlikdən devirərək, hakimiyyəti öz əlində toplayıb. O, həmin il korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində kral ailəsinin bir neçə üzvünü də həbs edib.

Rakus.az xəbər verir ki, mənbələrdən biri bildirib ki, kral ailələrinin üzvləri cümə günü həbs olunub. Reuters həbslərin arxasındakı səbəbləri dərhal müəyyən edə bilməyib.

Kral ailəsinin üzvlərinin həbsi barədə məlumatı Wall Street Journal yayıb və onların həbsinin iddia olunan çevriliş cəhdi ilə əlaqədar olduğunu bildirib.

Səudiyyə rəsmilərindən şənbə günü məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Səudiyyə hökümətinin media idarəsi Reutersin şərh çağırışına dərhal cavab verməyib.

Şahzadə Məhəmməd hakimiyyətdəki gücünü möhkəmləndirməklə hakim ailənin bəzi üzvlərinin nifrətinə səbəb olub. Mənbələrin bildirdiyinə görə, bəziləri 2018-ci ildə tanınmış jurnalistin səudiyyəli agentlər tərəfindən öldürülməsi və ötən il Səudiyyənin neft infrastrukturuna ən böyük hücumdan sonra onun ölkəni idarə etmək bacarıqlarını sual edib.

Onlar bildirib ki, Səudiyyədə tahta gələcək insanın dəyişməsini istəyən kral ailəsinin üzvləri Kral Salmanın ana-atası bir olan yeganə qardaşı Şahzadə Əhmədi ailə üzvləri, təhlükəsizlik aparatı və bəzi Qərd qüdrətlərinin dəstəkləyəcəyi mümkün vəliəhd kimi görürdülər.

Səudiyyənin kral ailəsi ilə yaxından tanış olan insanlar və diplomatlar deyir ki, ailənin 84 yaşlı kral həyatda ikən vəliəhd şahzadəyə müqavimət göstərəcəyi gözlənilmir, çünki onlar kralın ən sevdiyi oğluna qarşı çıxmayacağını bilir. Kral səlahiyyətlərinin çoxunu oğluna tapşırıb, amma hələ də hər ilk keçirilən cabinet görüşlərinə sədrlik edir və xarici rəsmiləri qəbul edir.

Şahzadə Əhməd 2 ay xaricdə yaşayandan sonra 2018-ci ilin oktyabr ayında Ər-Riyada geri dönüb. O, səfəri zamanı Səudiyyə rəhbərliyini tənqid edib.

Mənbələrin daha öncə verdiyi məlumata görə, o, hakim Əl-Səud ailəsinin Məhəmməd bin Salmanın vəliəhd şahzadə olmasına qarşı çıxan üzvlərindən ibarət Sədaqət Şurasının üç üzvündən biri olub.

Məhəmməd bin Nayefin hərəkətləri o zamandan bəri məhdudlaşırılıb və o təqib olunur.

Ən son həbslər Səudiyyə Ərəbistanın regiondakı rəqibi İranda gərginliyin artdığı və vəliəhd şahzadə ambisiyalı sosial və iqtisadi islahatlar etdiyi vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı hazırda dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarət İyirmilər qrupuna sədrlik edir.

Məhəmməd Şahzadə Səudiyyə Ərəbistanında ölkədə sosial məhdudiyətləri azaltdığı üçün alqışlanıb. Lakin o, Yəməni dağıdan müharibə, jurnalist Camal Xaşuqçinin Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsi və qadın haqları fəallarının həbs olunması səbəbilə tənqidlərlə üzləşir. (amerikaninsesi.org)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO