Kral ölkədə komendant saatı tətbiq etdi
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz martın 23-dən yerli vaxtla saat 19:00-dan 06:00-dək ölkənin bütün ərazisində komendant saatı elan edilməsi barədə sərəncam imzalayıb.
Rakus.az xəbər verir ki, bu qərar ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədi daşıyır.
Sərəncamda bildirilir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi komendant saatına əməl olunmasını təmin etməli, ölkənin mülki və hərbi idarələri koronavirusun yayılmasının qarşısını almaq üçün onunla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.
Vətəndaşlara evlərindən çıxmamaq tövsiyə edilib. Bu qayda təhlükəsizlik, hərbi və media sahələrində çalışanlar da daxil olmaqla, mühüm vəzifələrdə işləyənlərə şamil edilmir.
Son bir gündə Krallıqda daha 119 nəfər koronavirusa yoluxub və xəstələrin ümumi sayı 511 nəfərə çatıb.