Kremldə parad olmayacaq
Rusiyada mayın 9-da Faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə keçirilməsi planlaşdırılan parad təxirə salınıb.
Rakus.az xəbər verir ki, parad bu il keçiriləcək. Lakin tarix koronavirusla bağlı vəziyyətə uyğun təyin ediləcək. Bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko açıqlama verib. Onun sözlərinə görə, ölkə rəhbərliyi yaxın günlərdə bununla bağlı qərar verəcək.
Ötən gün Veteran Şuraları prezident Vladimir Putindən koronavirus epidemiyasının yayılması ilə bağlı olaraq paradın tarixinin dəyişdirilməsi barədə xahisş etmişdilər. Onlar bu müraciəti bayramın insan həyatı üçün təhlükə törətməməli olduğunu əsaslandırmışdılar.
İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş paradda bir çox dünya ölkələri liderləri, hökumət başçılarının iştirakı da nəzərdə tutulurdu.