Tanınmış aktrisa Oliviya de Hevillend vəfat edib.
Rakus.az xəbər verir ki, o, 104 yaşında Parisdə yerləşən evində həyatla vidalaşıb.
Aktrisa 1939-cu ildə lentə alınmış “Küləklə sovrulanlar” filmindəki rolu ilə məşhurlaşıb.
1916-cı ildə Tokioda anadan olmuş Oliviya 18 yaşında peşəkar karyerasına başlayıb.
Aktrisa iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatına layiq görülüb.