Kütləvi məzarlıqdan 208 meyit tapıldı
Liviyada kütləvi məzarlıqdan 23 gün ərzində 208 cəsəd çıxarılıb.
Rakus.az xəbər verir ki, Terhune xəstəxanasının morqunda saxlanılan, aralarında qadın və uşaqların da olduğu meyitlərin üzərində işgəncə izlərinə rast gəlinib.
On beş meyitin kimliyinin müəyyənləşdirildiyi bildirilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) təsdiqlədiyi rəqəmlərə görə, Liviya ordusu 5 iyun tarixində 11 kütləvi məzar aşkar edib.
Liviya hökuməti dəfələrlə BMT-yə, Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) və insan haqları təşkilatlarına müraciət edərək, kütləvi məzarlıqlarla bağlı beynəlxalq araşdırmanın aparılmasını istəyib.
Çağırışlardan sonra BMT Liviyadakı hadisələri araşdırmaq üçün İnsan Hüquqları Şurası yanında Liviya Beynəlxalq Araşdırma Komissiyasını təsis etmək qərarına gəlib.