Latın Amerikası ölkələri normal həyata qayıdır
Latın Amerikasında koronavirusdan ən çox təsirlənən Braziliya, Peru, Meksika və Ekvador yenidən iqtisadiyyatlarını bərpa etməyə başlayıblar.
Rakus.az xəbər verir ki, təxminən, 600 milyon əhalinin yaşadığı ərazidə 55 mindən çox insanın həyatına son qoyan COVID-19 bu günə qədər 1 milyon 100 mindən çox adamda aşkar edilib.
Meksikada mart ayının sonundan etibarən bağlanan tikinti, mədən, avtomobil hissələri istehsalı, tullantıların idarə olunması və velosiped satışları kimi sektorlar yenidən açılıb.
Qitədə Braziliyadan sonra ən çox yoluxmanın müşahidə edildiyi Peruda yumşaldılmalar çərçivəsində şəhərlərarası səyahətlərə icazə verilib.
Ekvadorda digər yumşaldılmalarla yanaşı, milli və beynəlxalq aviareyslər də açılıb.
Ümumdünya Səhiyyə Təşkilatı Latın Amerikası ölkələrində epidemiya ilə mübarizə tədbirlərinin yumşaldılmasından narahat olduğunu, yoluxma hallarının azalmadığını bildirib.