ABŞ-ın Luizina ştatında “Laura” qasırğası fəlakət törədir.
Rakus.az xəbər verir ki, təbii fəlakət nəticəsində biri 14 yaşlı qız olmaqla, altı nəfər həyatını itirib.
Onların ölümünə ağacların evlərin üstünə aşması səbəb olub.
Luiziana rəhbərliyindən bildirilib ki, ölüm hallarının artacağı istisna edilmir.
Luiziana və Texasda qasırğa 700 mindən çox evi işıqsız qoyub. Bir çox bina tamamilə və ya qismən məhv olub.