Lavrov Qremingerlə Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
XİN rəsmi nümayəndəsinin sözlərinə görə, S.Lavrovun ATƏT baş katibi ilə görüşü aprelin 24-də Beynəlxalq təhlükəsizlik üzrə VII Moskva konfransı çərçivəsində nəzərdə tutulub.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.