Dünya 20.08.2019 17:56

Lavrov Türkiyə karvanının atəşə tutulmasına münasibət bildirdi

“Rusiya İdlibdəki vəziyyəti izləyir. Hərbçilərimiz bu rayondadırlar”.

Rakus.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın İdlib əyalətində Türkiyə hərbi karvanının atəşə tutulmasına münasibət bildirərkən deyib.

“Biz vəziyyəti sadəcə izləmirik, hərbçilərimiz də İdlibdəki deeskalasiya zonasındadırlar. Bu zona ötən ilin sentyabrında Soçidə Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan tərəfindən imzalanan sənəd əsasında yaradılıb. Sənədə əsasən, türkiyəli həmkarlarımız münaqişənin nizamlanmasında iştirak etməyə hazır olan silahlı müxalifət ilə terrorçu qrupları bir-birindən ayırmaq öhdəliyi götürmüşdü”,- deyə Rusiya XİN başçısı bildirib.

Lavrov rusiyalı və türkiyəli hərbçilərin İdlibdəki vəziyyətlə bağlı gündəlik olaraq təmasda olduqlarını vurğulayıb: “İdlibdə terrorçuların təxribatları türkiyəli hərbi müşahidəçilərin başının üzərindən də davam edirdi. İdlibdəki hazırkı vəziyyət ekstremistlərin oradan Suriyanın digər ərazilərini silah atəşinə tutmağı dayandırmaması ilə bağlıdır. Bizim hərbçilərimiz, əlbəttə ki, gündəlik olaraq təmasdadırlar. Hazırkı vəziyyət Rusiya və Türkiyə hərbçiləri arasında konkret olaraq müzakirə olunur”.

Türkiyə KİV-ləri dünən Suriyanın İdlib əyalətində Türkiyə zirehli hərbi karvanının Suriyanın hökumət qoşunları tərəfindən atəşə tutulması ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, İdlib əyaləti Suriyanın yeganə regionudur ki, hələ də qanunsuz silahlı birləşmələrin nəzarəti altında qalıb. 2017-ci ildə orada deeskalasiya zonası yaradılıb. Əldə olunan razılaşmaya görə, həmin əraziyə silahını yerə qoyan qanunsuz silahlı birləşmələrin üzvləri yerləşdirilməli idi. Bu razılaşmaya məsuliyyəti Türkiyə daşıyır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO