Mədəni 28.07.2019 10:23

Leyla Əliyeva “Jara-2019” MF-nın üçüncü günündə oldu

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü – iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:

-“İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

-Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

-Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

-Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

-İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.

Xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib.

Xatırladaq ki, festivalın üçüncü günü Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov, Anna Sedokova, İrina Dubtsova, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber, Slava, “MBAND”, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens”, “Rondo”, “Hi-Fi” qrupları və başqaları qırmızı xalı üzərindən keçiblər.

Xalıdan keçən məşhur ifaçılar “Jara-2019”la bağlı təəssüratlarını bölüşüb, festivalda ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd ediblər. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından söz açıblar.

Xatırladaq ki, hər dəfə rəngarəng ifalarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini söyləyirlər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO