Mədəni 28.05.2019 11:23

Leyla Əliyeva kitab təqdimatında oldu - FOTO

Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.

Rakus.az xəbər verir ki, Tədbirdə çıxış edənlər – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.

Təqdimatın bədii hissəsində müğənni Rinat Alimov sanskritcə mantra (dua) ifa edib. Rəqqasə Səidə Əliyevanın ifasında hind rəqsləri, Elçin Quliyevin tələbələrinin ifasında yoqa və nəfəs hərəkətləri təqdim olunub.

Svami Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin təbliğatçısı və mənəvi ustadıdır. Oxuculara təqdim edilən “Yoqa və düşüncənin gücü” adlı kitab yoqa və təcrübəsinin müxtəlif aspektlərini əks etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi, şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və tətbiqi kimi mövzularla tanış ola biləcəklər.

Yoqa adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO