Londonda bir neçə nümayişçi İranın Britaniyadakı diplomatik missiyasının binasına girişi bloklayıb.
Rakus.az xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Baedinijad özünün “Twitter”də səhifəsində yazıb.
Bu gün bir neçə nümayişçi İranın Londondakı səfirliyinə girişi bloklamağa davam edib və diplomatlara binaya girməyə icazə verməyib”, – deyə səfir yazıb.
O, qeyd edib ki, İranda şənbə və bazar günləri iş günləridir.
Daha əvvəl bildirilib ki, Böyük Britaniya hakimiyyəti Oman körfəzində neft tankerlərinə hücumlara görə İranın məsuliyyət daşımasından şübhələnir.
İranın Xarici İşlər Nazirliyi Oman körfəzində tankerlərə hücum hadisəsində iştirak haqqında Londonun bəyanatlarına görə Böyük Britaniyanın Tehrandakı səfirini nazirliyə çağırıb.