Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.
Rakus.az xəbər verir ki, N.Səlifovun qətlində şübhəli bilinən şəxslərin Dənizli şəhərinə gəldiyini öyrənən hüquq-mühafizə orqanlarının əməliyyat keçirərək, hər iki şəxsi yaxalayıblar.
Kkriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.