Belarusda prezident seçkilərindən sonra etiraz aksiyaları səngimir.
Rakus.az xəbər verir ki, Aleksandr Lukaşenkonun yenidən prezident seçkilərində qalib gəlməsi insanların qəzəbinə səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılır.
Onlar Lukaşenkonun altıncı dəfə prezident olmasını qəbul etmədiklərini deyirlər.
Ötən gün Belarusda baş tutmuş prezident seçkilərinin Ekzit-poll nəticələrinə görə hazırkı prezident Aleksandr Lukaşenko 79,7 faiz səslə yenidən ölkə başçısı seçilib.
Eyni zamanda, onun seçkilərdəki əsas rəqibi Tixanovskaya 80 faizdən çox səs topladığını iddia edir.