Dünya ulduzu Madonna bu dəfə niqabla görüntülənib.
Rakus.az xəbər verir ki, “Dailymail” müğənninin bu il “Met Gala” tədbirinə qatılmadığını yazıb. Həmin vaxt Madonna Nyu-York hava limanında paparassilərin obyektivinə tuş gəlib.
Üzünü gizlətmək və fotokameralara tuş gəlməmək üçün sənətçi niqab geyinib. Amma onun bu cəhdi baş tutmayıb.
Madonna qeyri-adi imicini “New York Yankees”dən olan üst geyimi və “Louis Vuitton” ayaqqabıları ilə tamamlayıb.