Madrid aeroportu üçün 1,5 milyard avro ayrılır
İspaniya Aeroportlar İdarəsi (“Aena”) 2022-2026-cı illər üçün öz fəaliyyətinin strateji planı çərçivəsində “Adolfo Suárez Madrid-Barajas” obyektinin yenidən qurulması üçün 1,5 milyard avro ayrılmasını nəzərdə tutur.
Rakus.az xəbər verir ki, planlaşdırılan investisiyaların ümumi həcmi üç terminalın birləşdirilməsi və dördüncü terminalın genişləndirilməsi üzrə işlər arasında təqribən yarıbayarı bölüşdürüləcək.
Sərnişinlərin paylaşdırılacağı yeni zonanın sahəsi 140.000 kvadratmetr olacaq və üç müxtəlif səviyyədə yerləşəcək. Sərnişinlər qeydiyyatdan keçəndən sonra hava zonasına keçə biləcəklər. Həmin zona aeroportun indiki binasında yerləşəcək.
Yenidənqurma işləri çərçivəsində avtomobil kirayə şirkətləri üçün üçmərtəbəli yeni avtomobil dayanacağı və 1100-ə qədər avtomobil üçün nəzərdə tutulan sürücülər avtomobillər kirayəsi xidməti təmin ediləcək. Avtomobil dayanacağı bilavasitə yeni ərazidə yerləşəcək. Onun yaxınlığında şəxsi avtomobillər üçün 2250 parklama yeri olan yeni beşmərtəbəli avtomobil dayanacağı tikiləcək. Yaxınlıqdakı yolların və aeroportun çıxış yollarının planı təsdiq ediləndən sonra orada yanacaqdoldurma stansiyası da inşa ediləcək.