Makron Çinlə bağlı müəmmalı danışdı
Fransa Prezidenti Emmanuel Makron “Financial Times” qəzetinə açıqlama verib.
Rakus.az xəbər verir ki, o, Çində koronavirusla əlaqədar açıq şəkildə bilinməyən hadisələrin baş verdiyini deyib:
“Virusla əlaqədar olaraq, Fransa, Almaniya və İtaliyanı Çin və ya Rusiya ilə müqayisə etmək mümkün deyil. Çinin koronavirusu ələ almasında bizdən daha yaxşı olduğunu söyləyəcək qədər sadəlöhv olmayaq. Düzü, bilmədiyimiz nələrsə baş verir”.
Avropa İttifaqının epidemiyadan ən çox təsirlənən, birliyə üzv ölkələrə dəstək verilmədiyini söyləyən Makron zəngin Aİ ölkələrinin epidemiyanın səbəb olduğu böhranı idarə etməkdə daha çox məsuliyyət daşıdığını vurğulayıb:
“Aİ-nin siyasi bir layihə və ya (iqtisadi) bir bazar olub-olmadığına qərar verməyin lazım gəldiyi bir dövrdəyik. Düşünürəm ki, bu, siyasi bir layihədir. Daha da irəli getməsək, avro qrupunun və Avropa düşüncəsinin dağılması riski var”.