Dünya 06.10.2023 16:57

Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL

Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsrin ortalarından başlayaraq müstəmləkə ərazilərini və onunla birlikdə siyasi nüfuzunu itirməyə başlayıb.

Birinci və İkinci Dünya müharibələrində uğursuzluqlar bu prosesə təkan verib. Müharibədən sonra Yelisey sarayı müstəmləkə bölgələrini əlində saxlamaq məqsədilə soyqırımlar törətdi. 1962-ci ildə Əlcəzairdə Oran qətliamında 3500-dək insan qətlə yetirilib, 453 nəfər isə “itkin” düşmüş sayılır. Bütövlükdə isə bu ölkədə milyon yarımdan çox insanı qətlə yetirib. 1994-cü ildə Ruanda da Fransa hərbçiləri və jandarmları 800 mindən çox dinc sakini soyqırımına məruz qoyublar. Bu siyahını Fransanın başqa ölkələrdə törətdikləri qətliamlarla da uzatmaq mümkündür. Bu ölkəni idarə edənlərin əli milyonlarla günahsız insanın qanına batıb. İndi də dünyanın siyasi səhnəsində aparıcı dövlət kimi qalmaq üçün çabalayır.

Prezident Emmanuel Makron ikinci dəfə dövlət başçısı seçiləndən sonra Fransa tarixinin ən faciəvi dövrünü yaşayır. “Sarı jiletlilər”in etiraz aksiyasından tutmuş müxtəlif səpkili etiraz aksiyaları onun yarıtmaz və iddialı islahat aparmaq siyasətinin törəməsidir. Yeliseyin yürütdüyü siyasət səbəbindən Fransa cəmiyyəti ksenofob ölkəni xatırladır. Ölkədə Afrika mənşəlilərinə qarşı irqi ayrı-seçkilik davam edir.

Bu il iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polis “İndi başından vuracağam” deyə bağırıb.

Fransada çıxan “Miniute” jurnalı ölkənin Afrika mənşəli ədliyyə naziri Kristian Tobirunun meymuna bənzədən karikaturasını yayıb. Bu ölkədə ultramühafizəkar qrupların mövcudluğu və fəaliyyət göstərməsi demokratiya deyil, ksenofobiyanın göstəricisidir.

Fransada məscidlərə hücumlar, hicablı xanımlara qarşı ayrı-seçkilik də davam edir. Emmanuel Makronun prezident olduğu ölkədə məktəbə hicabla gedən qızlardan onu çıxarmaq tələb edilir. Məhəmməd peyğəmbərin karikaturasının çapını demokratiya, söz azadlığı sayan rəsmi Paris məktəbli qızlara qarşı belə antiinsani hərəkət edir. Əgər bu demokratiyadırsa, o zaman insanlar şəxsi həyatında da sərbəstdir. Fransa konstitusiyasında hicabın qadağan edilməsinə dair maddə isə mövcud deyil.

Xatırladaq ki, üç il öncə Emmanuel Makron qadınların ictimai yerlərdə hicab örtməsinin məhdudlaşdırılmasına dair qanun layihəsinin anonsunu vermişdi. Milli Assambleya və Senat da bu layihəni bəyəndi. Bununla da özünü demokrat, insan hüquqlarının, o cümlədən də ermənilərin haqlarının müdafiəçisi sayan Yelisey sarayı beynəlxalq normaları və müqavilələri pozmuş olur.

Bu il iyulun 20-də Cənubi Afrika Respublikasında BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzv ölkələrin sammiti keçirilib. Tədbirə Fransa Prezidenti dəvət olunmayıb. Halbuki tədbirdə iştirak etməyə çox can atırdı. Lakin onu ora da layiq görməyiblər.

Makronla bağlı ölkə ictimaiyyətinin narazılığını əks etdirən bəzi fikirləri də bölüşmək istərdik: “Ah, Makron, bu “maliyyə Motsartı” ləqəbi ilə diplomatiyanın Eynşteyni… Bütün dahilər kimi o da həmişə səhv başa düşülür”…, “Titanik kimi Fransa da batır, amma Makronun musiqisi hələ də səslənir…”, “Fransa dünyadakı mövqeyini necə itirir. Çoxları üçün o, artıq dördüncü dünya ölkəsinə çevrilib”, “Makron uyğunsuzluqdan, analitik səhvlərdən və ziddiyyətlərdən əziyyət çəkir. Bunu daha sadə ifadə etmək olar: səriştəsizlik demək olar ki, bütün sahələrdə hiss olunur”, “Müflisləşmiş və ölmək üzrə olan bir ölkənin fonunda onun islaholunmaz iddialı təkəbbürünə və ibtidai siyasətinə daha üç il yarım dözmək… Ölümə qədər vergiyə məruz qalan fransızlara onsuz da yaxşı olardı”.

Nigerdən, Malidən qovulmaqla Afrikada mövqelərini itirən Fransa bütün bunların fonunda “boğulan saman çöpündən yapışdığı kimi”, Ermənistandan yapışıb.

O, Cənubi Qafqazın bu vecsiz, işğalçı ölkəsi ilə özünə regionda yer etməyə çalışır. Bununla yanaşı, ölkəsinin beynəlxalq arenada itməkdə olan nüfuzunu qorumağa səy göstərir. Makronun liderlik etdiyi Fransanın xilası Ermənistana və korrupsioner, çirkli pulları yumaqla ad çıxarmış erməni lobbisinə qalıb. Təkcə Avropa Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kaylila ilə erməni iş adamı sayılan Vartan Sirmarkes cütlüyünün cinayət əməlinin xatırlamaq yetərlidir. Fransa bu tip erməni milyonçuların hesabına beynəlxalq aləmdə nüfuzunu qorumağa və ya inkişaf etdirməyə çalışır.

Yaxın və Orta Şərq Fransadan mütərəqqi məsələləri də əxz edib. Təəssüfləndirici haldır ki, hazırda Emmanuel Makron dövlətini erməni lobbisinin və mafiyasının xidmətçisinə çevirib. Ermənistan isə ona saman çöpü belə olmayacaq.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Elm və təhsil / 06.10.2023 13:07
Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb - FOTO
Gündəm / 05.10.2023 19:49
Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS - VİDEO
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO
Dünya, Siyasi / 28.09.2023 19:40
Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO
Siyasi / 28.09.2023 12:01
Tatoyan Qərbi Azərbaycan haqqında faktları niyə danır? – ANONS - VİDEO
Siyasi, Sosial / 27.09.2023 19:40
Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.09.2023 13:23
İki türk tayfasının adını daşıyan mahal – ANONS
Gündəm, Hərbi / 27.09.2023 12:15
Anım günü ilə bağlı ikinci Şəhidlər xiyabanı ziyarət olunur - FOTO
Gündəm, Hərbi / 27.09.2023 12:01
Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib
Hərbi / 27.09.2023 11:13
Şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI
Gündəm, Hərbi / 27.09.2023 00:02
Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür
Siyasi, Sosial / 26.09.2023 19:59
Erməni qızlarından etiraf: “Azərbaycana qarşı haqsızlıq edilib” - FOTO - VİDEO