Maskadan istifadə qlobal iqtisadiyyata faydalıdır
Maskadan istifadə qlobal iqtisadiyyat üçün faydalı ola bilər. Belə ki, bu tədbir müəssisələrin işini dayandırmadan koronavirusun yayılmasını yavaşlatmağa imkan verir.
Rakus.az xəbər verir ki, bunu “Goldman Sachs” investisiya bankının analitikləri bildiriblər.
Onların fikrincə, ABŞ-da vətəndaşların maska taxması tələbi COVID-19-a yeni yoluxma hallarının gündəlik artım sürətini 1,6 faizdən 0,6 faizədək azalda bilər. İnfeksiyaların eyni dərəcədə azalmasına fabrikləri bağlamaqla nail olmaq olar, lakin bu zaman ÜDM 5 faiz aşağı düşəcək.
Mütəxəssislər koronavirusun ikinci dalğasının payız aylarında baş verəcəyini gözləyirlər. Ancaq peyvənd əldə olunarsa, bu dəfə xəstəliyin yayılmasına nəzarət mümkün olacaq.
Bədbin ssenaridə sərt məhdudlaşdırıcı tədbirlərə qayıtmaq məcburiyyəti yaranacaq, bu isə iqtisadi böhranın daha da ağırlaşması ilə nəticələnəcək.