Dünya 12.01.2021 12:00

Maya Sandu ilk rəsmi səfərini Ukraynaya edir

Moldovanın qərbyönümlü mövqeyi ilə seçilən yeni prezidenti Maya Sandu ilk rəsmi səfərini bu gün Ukraynaya edəcək.

Rakus.az xəbər verir ki, bunu dövlət başçısının Mətbuat xidməti açıqlayıb.

Səfərlə bağlı Ukrayna Prezidentinin ofisi də məlumat yayıb. Bildirilib ki, Kiyevə səfəri zamanı M.Sandu ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacaq. Tərəflər bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.

Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibli görüşü olacaq. M.Sandu ilə Ukraynanın parlament və hökumət rəhbərləri arasında danışıqlar aparılması nəzərdə tutulur.

Məlumata görə, Kişinev ilə Kiyev arasındakı 500 km məsafəyə baxmayaraq, M.Sandu səfərə avtomobillə gedib. Bu qərar beynəlxalq reyslərin olmadığı zamanda ən qənaətcil və səmərəli yol olması ilə əlaqələndirilib.

Qeyd edək ki, bu, Moldova prezidentinin 2015-ci ildən bəri Ukraynaya ilk rəsmi səfəridir. Sonuncu dəfə Kiyevdəki görüş dönəmin Ukrayna prezidenti Pyotr Poroşenko və Moldovanın dövlət başçısı Nikolay Timofti arasında olub. Rusiya ilə sıx əməkdaşlığın tərəfdarı olan Moldovanın sabiq prezidenti İqor Dodon isə Ukraynaya rəsmi səfər etməyib.

Xatırladaq ki, Hərəkat və Həmrəylik Partiyasının rəhbəri, keçmiş baş nazir və Avropa İttifaqı üzlüyünün tərəfdarı Maya Sandu noyabrın 15-də keçirilən prezident seçkilərinin ikinci mərhələsində 57,75 faiz səs toplayaraq Moldovanın yeni prezidenti olub. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın yeni prezidentini təbrik edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO