Maya Sandu seçkilərdə liderdir
Moldovada avropayönlü müxalif “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Maya Sandu prezident seçkilərinin ilk turunda səslərin 35,94% -ni, hazırkı dövlət başçısı İqor Dodon isə 32,75% -ni qazanıb.
Rakus.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) protokolların 99,58% -i işləndikdən sonrakı məlumatlarıdır.
Hesablamalara görə, “Bizim Partiyamızın” lideri, ölkənin ikinci böyük şəhəri Balti şəhərinin meri Renato Usatii 16,94% səslə üçüncü yerdədir. Ondan sonrakı yerləri “Şor” partiyasından Violetta İvanov, “Ləyaqət və Həqiqət Platforması” partiyasının sədri Andrey Nastase, “Milli Birlik” namizədi Oktavian Çıku, “Liberal Demokrat” partiyasının namizədi Tudor Deliu və “Liberal” Partiyanın başçısı Dorin Kirtoake izləyir.
Seçkilərin qalibi 15 noyabrda keçiriləcək ikinci turda müəyyənləşəcək.