Mayk Pompeo Rusiyanı və Çni hədəf seçdi - FOTO
“Berlin divarının sökülməsindən 30 il sonra Vaşinqton və onun müttəfiqləri hələ də kommunizm ünsürlərinə müqavimət göstərməkdədir”.
Rakus.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
O, dünyanın Rusiya və Çinin təhdidlərindən müdafiə edilməsinə ehtiyac olduğunu vurğulayıb.
Berlinin məşhur Brandenburq Darvazası yaxınlığında çıxış edən dövlət katibi bildirib ki, Rusiya qonşularını işğal edir, siyasi opponentləri qətlə yetirir, pols reydləri təşkil edir, Rusiyanın təcavüzkarlığına etiraz edən Krım tatarları və ukranalılara işgəncə verir.
ABŞ diplomatı çıxışı zamanı Pekinə də toxunub: “Çinin Kommunist Partiyası avtoritarizmin yeni quruluşunu formalaşdırıb. Partiya Çin xalqına respessiyalar tətbiq edir. Tənqidçilərini susdrur. Çinin müsəlman icmasını təzyiqlərə məruz qoyur”.
Çinin xarici işlər naziri Pompeonun şərhini tənqid edib.
“Pompeo ideoloji xurafat və soyuq müharibə düşüncəsi ilə dolu qondarma Çin təhdidlərini önə çəkərək, Çinin siyasi sisteminə hücum edib. Çin hökuməti buna ciddi narazılığını və qətiyyətli müxalifətini ifadə edir”, – sözçü genq Şuanq bildirib.
Xatırladaq ki, Pompeo Berlin divarının sökülməsinin 30-cu ildönümü münasibəti ilə Almaniyadadır.
1989-cu ilin noyabr ayının 9-da divarın sökülməsi ilə Berlinin parçalanmasına son qoyulmuşdu.