Pop musiqisinin kralı mərhum müğənni Maykl Ceksonun ağ rəngdə qiymətli daşlarla bəzədilmiş əlcəkləri hərraca çıxarılıb.
Rakus.az xəbər verir ki, ABŞ-ın Texas ştatında keçirilən hərracda adının mətbuata açıqlanmasını istəməyən şəxs Maykl Ceksonun əlcəyini 104 031 dollara alıb.
Alıcı əlcəyin 1998-ci ildə UNİCEF-ə bağışlandığını təsdiq edən məktub da alıb.