MDB hökumət başçıları iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
MDB ölkələri Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçiriləcək iclasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün təkliflər paketi müzakirə olunacaq.
Rakus.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski məlumat verib.
“Moskvada keçiriləcək görüşdə hökumət başçıları Birlik çərçivəsində iqtisadi əməkdaşlığın aktual problemlərini müzakirə edəcəklər. Xüsusilə rəqəmsal iqtisadiyyatın inkişafına diqqət yetiriləcək”, – deyə İcraiyyə Komitəsi rəhbərinin birinci müavini deyib.
V. Quminski həmçinin bildirib ki, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının müzakirəsi, 1979-1989-cu illərdə Əfqanıstanda müharibədə itkin düşmüş hərbçilərin axtarışının davam etdirilməsi barədə qərarın qəbulu gözlənilir.
“Bundan əlavə, “anti-inhisar tənzimlənməsi, baytarlıq, naviqasiya və bütün Birlik dövlətlərinin maraqlarına cavab verən digər mövzularda dair” qərarlar qəbul ediləcək”, – deyə V.Quminski qeyd edib.