MDB ölkələrinə sərmayə qoyuluşu azalacaq – PROQNOZ
BMT 2020-ci ildə Cənub-Şərqi Avropa və MDB-nin keçid iqtisadiyyatına malik ölkələrinə xarici investisiya qoyuluşunun 38% azalacağını proqnozlaşdırır.
Rakus.az xəbər verir ki, bu barədə qurumun Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.
Məlumata görə, azalma əsasən mədən sənayesində hiss olunacaq.
“Koronavirus pandemiyası iqtisadiyyatı keçid dövrü yaşayan ölkələrdə tənəzzülə səbəb olub”, – UNCTAD-ın İnvestisiya və sahibkarlıq üzrə bölməsinin direktoru Ceyms Çjan qeyd edib.
BMT bu il dünya üzrə xarici investisi qoyuluşunun isə 40% azalacağını gözləyir. Belə ki, bu rəqəmin ötənilki 1,5 trilyon ABŞ dollarından 1 trilyon ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır. Bu isə 2005-ci ildən bəri ən aşağı həddir. Proqnoza görə, 2021-ci ildə xarici investisiya axını daha 5-10% azalacaq və əvvəlki vəziyyətin bərpası 2022-ci ildən gec olmayaraq başlayacaq.