MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirildi
Noyabrın 27-də MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib.
Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.
İclasda Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova iştirak edib.
İclasda təşkilatı məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının sədri seçilib.
Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.