Məhkəmə şirkətə 25 min manat cərimə kəsdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Yaqub” firması barədə inzibati protokol tərtib edib.
Rakus.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi həmin protokola əsasən, şirkətin 25 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan narazı qalan “Yaqub” firmasının nümayəndəsi Lyudmila Səlimova tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib və qərar qüvvədə saxlanılıb.