Meksikada 43 tələbə ilə bağlı istintaq yenidən başladı
Meksika bir neçə il əvvəl 43 oğlan tələbənin yoxa çıxması ilə bağlı istintaqa yenidən başlayıb.
Rakus.az xəbər verir ki, tələbələr 5 il əvvəl, 2014-cü il, sentyabrın 26-da yoxa çıxmışdılar.
Tələbələrin yoxa çıxmasının 5-ci ildönümünü anmaq üçün minlərlə insan cümə axşamı Mexiko şəhərinin əsas meydanına toplaşıb.
İlkin istintaq prosesi ictimaiyyət tərəfindən korrupsiya və qanunsuzluq iddiaları ilə üzləşmişdi.
Bu məsələdə ləkələnən Prezident Enrik Pena Nieto administrasiyası tələbələrin natkotik maddə alverçiləri tərəfindən öldürülərək, cəsədlərinin yandırıldığını və çaya atıldığını demişdi. Yoxa çıxan tələbələrin narkotik qaçaqmalçılarına rəqib bir dəstə olduğu guman edilirdi.
Tələbələrin itkin düşməsi Meksikada prezident Pena Nietoya qarşı kütləvi etirazlara səbəb oldu. O, ölkədəki xronik cinayətkarlığın qarşısının almaq və təhlükəsizlik problemlərini həll etməməkdə ittiham edildi.
Meksikanın hazırkı prezidenti Andres Manuel Lopez Obrado seçki kampaniyası zamanı istintaq işinə yenidən baxılacağına söz vermişdi.