Mədəni 28.04.2020 13:13

“Məlahətli söhbətlər” verilişi reklama görə bağlandı

Əməkdar artist Məlahət Abbasovanın AzTV-də yayımlanan “Məlahətli söhbətlər” verilişinin yayımı dayandırılıb.

Rakus.az xəbər verir ki, aktrisa bu haqda İnstaqramda canlı yayımda deyib. O, jurnalist Əli Novruzəliyevin sualını cavablandıraraq incidiyini söyləyib.

Ötən həftə proqramı efirə getməyən M.Abbasova “Veriliş nə vaxt olacaq” sualına belə cavab verib:

“Yayımlanmayacaq, son verilişim oldu. Bununla bağlı açıqlama verəcəm. Çox səviyyəli veriliş olub. Xalq bu verilişi çox sevdi. İki dövlət, tək millət adına olan bir proqram idi. Türkiyənin ən tanınmış simaları qonaq oldu. Bu insanları Bakıya gətirmək asan deyildi.

Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi.

İzləyicilər iradlarını mənə yox, kanala bildirsinlər. Amma mənim üçün fərqi yoxdur, o kanal olmasın, başqasına gedəcəm”.

Xatırladaq ki, “Məlahətli söhbətlər” bundan əvvəl ATV-də yayımlanırdı.

Bu arada dövlət televiziyasından Məlahət Abbasovanın açıqlamasına münasibət bildirilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a deyib ki, veriliş ərzində 3 iri şirkətin reklamı gedib:

“Amma təxminən 1 il müddətində kanala həmin reklamlardan 1 qəpik də olsun pul gəlməyib. Danışıq belə idi ki, Məlahət xanım həmin vəsaitdən verilişi işləyən çəkiliş qrupunun aylıq ödənişini etsin. AzTV bu yolla maksimum çalışdı ki, hər hansı maddiyyat güdmədən verilişə dəstək olsun. Amma sonra məlum oldu ki, kanal həm pulsuz reklam verməli, həm də yaradıcı heyətə pul ödəməlidir? Biz buna da göz yumduq və bu günə kimi bir söz demədən işçilərin ödənişini etdik. TV-dən azacıq anlayışı olan hər kəs gözəl bilir ki, kanalda reklam getsin və ödəniş olmasın, bu, nonsesdir. Lakin biz bunu etdik. Amma nə zamana qədər? Odur ki, Məlahət Abbasovaya heç olmasa reklamlardan gələn vəsaitdən yaradıcı qrupun ödənişini etmək xahiş olundu. Bu, olmayınca veriliş dayandırıldı”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO