Mədəni 20.04.2020 17:00

Mələkxanım bibisinin himayəsi altında böyüyüb - FOTO - VİDEO

“Bu ərəfələrdə bir az gərginlik yaşayıram. Bu, bir imtahandır. Biz müharibə illərini yaşamış bir xalqıq. Çətin günlər idi. Düzdür, hələ müharibə şəraitindəyik. İndi də gözəgörünməz, təhlükə saçan virus ilə müharibə aparırıq”.

Rakus.az xəbər verir ki, bu sözləri “Xəzər TV”də yayımlanan “Ay Zaur” musiqili-əyləncəli proqramda qonaq olan Xalq artisti Mələkxanım Əyyubova deyib.

Ailəsindən danışan sənətçi bibisinin himayəsi altında böyüdüyünü açıqlayıb:

“Biz ailədə yeddi uşaq olmuşuq – üç bacı, dörd qardaş. Hökumə adlı bibimin övladı olmayıb. Qardaş və bacılarım yaşca böyük olduğundan onları götürməyib. Mən anamın bətnində olanda nənəm deyib ki, bu qızı verərsən, bibisi saxlasın. Bibim də Bakıda yaşayırdı. Elə o da məni ərə verib. Anam mənə deyirdi ki, sən məndən küskünsən. Anama deyirdim ki, bir də övladın olsaydı, verərdin bibimə. Elə deyirdim ki, onun qəlbini qırmayım”.

Səmimi etirafları ilə diqqət çəkən Mələkxanım qızı Nəzrin Nəcəfovanın nişanlısı haqqında danışıb, evinə gəlin gətirdiyi xanıma qayınanalıq etmədiyini deyib:

“Dörd övladım var. İkisi evlidir. Bu yaxınlarda qızımın nişanını etdik. Toyu olacaqdı, amma məlum səbəblərdən hələ ki qaldı. Gələcək kürəkənim oğlumla Amerikada birlikdə təhsil alıb və onun yaxın dostudur.

Bizim ailəmizdə sevgiyə sərhəd yoxdur. Uşaqlarım kimi sevsələr, onunla da evlənirlər. Altı ildir ki, evimə gəlin gətirmişəm. Gəlinimə qayınanalıq etmirəm. Bir dəfə də onun üstünə qışqırmamışam. Onlar mənimlə birlikdə deyil, ayrı evdə yaşayırlar”. (Oxu.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO