Mədəni 22.06.2019 12:00

Məlik Dadaşovun xatirəsi yad edildi - FOTO

 

İyunun 21-də Dövlət Film Fondunda Xalq artisti Məlik Dadaşovun 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Rakus.az xəbər verir ki, gecədə Məlik Dadaşovun çəkildiyi filmlərdən ibarət slayd-şou göstərilib, sənət yoldaşları öz çıxışlarında aktyorla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, Məlik Dadaşov Azərbaycanda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Bu rol kiçik də olsa, yaddaqalan olub. Məhz bu tarixi gündən sonra o, kinomuzda onlarla yaddaqalan, maraqlı, zəngin, özünəməxsus dəstxəti ilə seçilən obrazlar yaradıb. “Məlik Dadaşovun Azərbaycan kinosunda yaratdığı hər bir obrazın özünəməxsus tarixçəsi var. İllər keçdikcə bu rollar daha da müasirləşir və tamaşaçıların rəğbətini qazanır”, – deyə C.Quliyev qeyd edib.

Kinorejissor, Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev aktyorla bağlı xatirələrini bölüşüb, onun milli kinomuzun inkişafında göstərdiyi xidmətlərdən danışıb.

Tədbirdə kinoşünas, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov çıxışında Məlik Dadaşovu Azərbaycan aktyorluq məktəbinin formalaşmasında, inkişaf etməsində və yeni mərhələyə qalxmasında çox böyük xidmətləri olan qüdrətli sənətkar kimi xarakterizə edib. Onun yaratdığı obrazların kiçik-böyük, mənfi-müsbət, zəif-qüvvətli prinsipləri ilə təsnif etməyin mümkün olmadığını bildirən Ə.Hüseynov aktyorun yaratdıqlarını yüksək sənətkarlıqla ortaya qoyduğunu diqqətə çatdırıb. Kinoşünas bildirib ki, o, Azərbaycanın həm teatr sənətinin, eyni zamanda kinonun inkişafında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. İstər epizodik rolda, istərsə də baş rolda çəkilməyin Məlik Dadaşov üçün heç bir əhəmiyyəti yox idi. “Onun üçün əsas, yaratdığı obrazı tamaşaçının yaddaşına hopdurmaq, həmin obrazın qısa zaman kəsiyində tərcümeyi-halını ortaya qoymaq olub. Bu mənada Məlik Dadaşovla Azərbaycan aktyorluq sənətində rəqabət aparacaq insan azdır”, – deyə Ə.Hüseynov bildirib.

Bildirilib ki, M.Dadaşov tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra xarakterik obrazları oynayıb, onların daxili aləmini məharətlə açıb. Həmin filmdə onun böyük sənətkarlıqla canlandırdığı obraz Molla Sadıqdır. O, “Qarlı aşırım” filmində əvvəlki personajlardan tam fərqli olan Qəmlo obrazını da böyük sənətkarlıqla oynayıb. Görkəmli aktyor kinoda N.Nərimanov (“Birisi gün, gecəyarı”), Şeyx Nəsrullah (“O dünyadan salam”), Armen Xaçaturyans (“Fəryad”) Ohan yüzbaşı (“Hacı Qara”), müstəntiq (“Güllələnmə təxirə salınır”) kimi yaddaqalan, maraqlı obrazlara da ekran həyatı verib. Aktyorun yaradıcılığında Şeyx Nəsrullah və Qəmlo obrazları zirvədə dayanır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO