Mədəni 11.06.2019 17:26

Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd edildi

İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan “Bu günün və sabahın ədəbiyyatşünası” mövzusunda respublika elmi konfransı keçirilib.

Rakus.az xəbər verir ki, Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbiri müəssisənin direktoru, akademik Muxtar İmanov açaraq Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, alim ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair sanballı və fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

“Məmməd Cəfər Cəfərov böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. O, ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb”, – deyə institutun direktoru bildirib. Alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işlərinin işıq üzü gördüyü diqqətə çatdırılıb.

Məmməd Cəfər Cəfərovun onun elmi rəhbəri olduğunu deyən M.İmanov alimin pedaqoq kimi xidmətlərindən danışıb, onun gözəl müəllim olduğunu deyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biridir. Onun tədqiqat əsərləri də bu gün ən dəyərli mənbələrdəndir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ədəbiyyatşünas alimin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, Məmməd Cəfər Cəfərov bu sahədə elmi məktəb yaradıb, gənc kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

K.Abdulla ölkəmizdə çoxsaylı tənqidçilərin yetişməsində müstəsna xidmətləri olan Məmməd Cəfər Cəfərovun tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin ədəbiyyaşünaslarına daim qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Məmməd Cəfər Cəfərovun ictimaiyyət arasında da böyük hörmət qazandığını deyən rektor mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib olan alimin elmi irsinin gələcək nəsillərə layiqli miras olduğunu vurğulayıb. K.Abdulla müəllimi Məmməd Cəfər Cəfərovun xeyirxah əməllərindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açaraq, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, ömrünün yarıdan çoxunu Azərbaycan elminin inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərovun zəngin irsi gələcək nəsillərə layiqli mirasdır.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan elminə dəyərli töhfələr verən Məmməd Cəfər Cəfərovun alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. O, pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alimin, humanitar elmlərin, klassik ədəbiyyatın mükəmməl bilicisi olduğunu söyləyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov elmlə helmi üzvi şəkildə birləşdirən, öz sağlığında mifləşmiş insan idi.

Görkəmli alimin sadəliyini, insani xüsusiyyətlərini vurğulayan T.Kərimli onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.

Diqqətə çatdırılıb ki, Məmməd Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

Konfransda filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri“, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Azərbaycan məhəbbət dastanları Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri kontekstində“, dosent Ağaverdi Xəlilovun “Məmməd Cəfər Cəfərovun elmi-ədəbi irsində folklor və etnoqrafiya məsələləri“ və filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovanın “Məmməd Cəfər Cəfərov və dünya ədəbiyyatı“ mövzularında məruzələri dinlənilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO