Dünya 07.07.2023 19:53

“Mən öz torpağımın vətəndaşıyam”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Mən öz torpağımın vətəndaşıyam” adlı veriliş Parisdə yaşayan Qərbi azərbaycanlı – Ağbaba mahalı, Amasiya rayonu, Güllübulaq kənd sakini Səliman Cəfərovun həyat hekayəsinə həsr olunub.

O, 1969-cu ilin yanvar ayında Güllübulaqda doğulduğunu, uşaqlıq illərinin şox gözəl keçdiyini, kəndlə bağlı xatirələrini söyləyib: “Təndirimiz var idi. Nənəm çörək bişirəndən sonra, çörəyi çıxarandan sonra təndir soyusun deyə bir az qalırdı. Çünki həmən qılçamızı təndirə salsaydıq yanardıq. Dayım uşaqları, mən, nənəm, mamam idi, yığışırdıq, çox vaxt olurdu qılçamızı təndirə sallayırdıq, üstünü də dəsmal ilə örtürdük və söhbət edirdik”.

Onun sözlərinə görə, Bəhlul babası 1936-1937-ci illərdə sürgün olub: “O vaxt bizim millətin çoxunu Qazaxıstana, Almata regionuna sürgün ediblər. 1980-ci ildə artıq yollar açıq idi, babam gedib-gəlirdi. Ondan sonra babam gəldi dedi ki, köçüb Qazaxıstana gedək. O vaxtı babam da, atam da, əmilərim də orada işləyirdilər. Yaxşı yadımdadır, 1980-ci il sentyabrın 11-də biz köçdük”.

S.Cəfərov kəndlərinin  Türkiyə ilə sərhəddə yerləşdiyini, o zaman zəlzələ olmasaydı camaatın ermənilərin əlindən sağ  çıxmayacağını bildirib: “Zəlzələdə bunların başı qarışdı. O zəlzələ olmasaydı, birimiz oradan sağ çıxmayacaqdıq. Zəlzələ olanda onların başı qarışdı və bizimkilər çıxıb bura gəldilər”.

O, Prezident İlham Əliyevin “biz öz torpaqlarımıza qayıdacağıq” sözlərindən ruhlanaraq Qərbi azərbaycanlıların doğma yurda qayıtmaq isdədiklərini, daim Vətən həsrəti ilə yaşadıqlarını vurğulayıb: “Allah qoysa, gələcəkdə Güllübulağa gedəcəyik və tikib düzəldəcəyik. Qərbi Azərbaycanı çox sevirəm. Almatını, Azərbaycanı unutmuram. Məzuniyyətə çıxanda oralara gedirəm. Bircə Qərbi Azərbaycan qalıb. Allah qoysa, ora da gedəcəyik. Arzulayıram ki, bizim millətə daha belə bir əziyyət çəkməsin, heç yana dağılmayaq. Bir yerdə yaşayaq, mehriban olaq. Həmişə internetdə yazıram ki, İrəvan xanlığı, Gümrü şəhəri, Amasiya rayonu, Güllübulaq kəndi Azərbaycandır!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Səliman Cəfərovun “Həyat Hekayə”si iyulun 7-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO