Məşhur azərbaycanlı model Günay Musayeva ilə sevgilisi Taha Tatlıcı arasında qalmaqal səngimir.
Rakus.az xəbər verir ki, tez-tez qalmaqallı xəbərlərlə gündəmə gələn cütlüyün arasındakı gərgin münasibətə polis müdaxilə edib.
G.Musayeva bundan əvvəl döyülməsi və təhdid edilməsi iddiası ilə T.Tatlıcıdan şikayət edib. Sevgilisinin modeldən bir ay müddətində uzaqlaşdırılması barədə qərar çıxarılıb. Ancaq T.Tatlıcı bir aylıq müddət bitdikdən sonra yenidən G.Musayevanın evinə gedib.
G.Musayeva “Məni xilas edin” deyərək, qonşularından yardım istəyib. Sonra o, polisə müraciət edib.