Mədəni 13.05.2020 11:13

“Mənimlə meyxanada rəqabət meydana gəldi…” - FOTO

“Məndən öncə meyxana üçün Nizami Rəmzi, Ağasəlim Çıldaq və digər meyxanaçılar müəyyən işlər görmüşdülər, Sovet dövründə meyxananı qoruyub saxlaya bilmişdilər. Mənimlə meyxanada tamamilə başqa bir dövr yarandı. Rəqabət meydana gəldi”.

Rakus.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında deyib.

O, sənətə gələndən sonra meyxananı beynəlxalq arenaya çıxartdığını bildirib:

“Sadalasam, özümü tərifləmiş olaram. Amma bir meyxanaçının “Şəfa” stadionunda konserti ağlıma gəlir.  Meyxananı Azərbaycandan kənara çıxardım, efirlərdə kütləviləşdirdim. Əvvəl meyxanaçıları ancaq bayram verilişlərinə çağırırdılar, məndən sonra bu dəyişdi. Əvvəllər bunları danışmırdım, amma gördüm ki, insanlar tarixi saxtalaşdırmaq istəyir. Buna görə də artıq susmuram. Məndən öncə nə qədər meyxanaçı olub. Birinin ağlına gəlməyib ki, klip çəkdirsin. Deyirdilər ki, meyxanaçı niyə prodüserlə işləməlidir ki? Mənə zəng gələndə başqası telefonu götürürdüsə, bu, faciə idi. İnsanların beyninə bunu yeritmək o qədər çətin idi. Adi cins şalvar geyinmək belə onlar üçün faciə sayılırdı. İndi hamısı geyinir. Müəyyən sərhədləri aşmaq lazım idi, bunu etdim”.

N.Qaraçuxurlu həmkarlarının ona qarşı birmənalı olmayan münasibətindən də söz açıb:

“Mənimlə “Rəvayət” klipindən sonra düşmən oldular. Paxıllıqdan başqa heç nə görmürdüm. Onlara dedim ki, siz də pul qazanacaqsınız, sizi də tanıyacaqlar və məndən əl çəkəcəksiniz. Elə də oldu. Ardıcıl meyxana yarışmaları keçirildi və onlar da tanındılar”.

O, həmkarı Namiq Mənanın meyxananı bədiyyyə adlandırmasına da münasibət bildirib:

“Onun dərinliyinə getmədim. Boş-boş söhbətlərdir. Bilərəkdən, bilməyərəkdən kimisə gündəmə gətirir. Meyxananın adını qurdalamaq lazım deyil”.

N.Qaraçuxurlu uzun müddətdir konsert verməməsinin səbəbini açıqlayıb:

“Konsert sistemində çalışan dələduzlar problemlər yaratdılar. “Şəfa” stadionunda konsert verəndə müdriyyəti dəyişmişdi. Konsertə bir həftə qalmış tədbiri təxirə salırdı ki, meyxana nədir? Gəlib buranı pis günə qoyacaqlar, yeni təmirdən çıxıb. Axır bir neçə dövlət adamı işə qarışdı, konsert baş tutdu. Heydər Əliyev Sarayında xəbər tutdum ki, hər şey sıfır vəziyyətdədir. On gün qalmış məşqləri atdım, səhnə tərtibatı, işıq sistemi ilə məşğul oldum. Dedim ki, pulunu özüm ödəyəcəm. Belə problemlər yaşandı. Mənə qonorar ödənməli idi, verilmədi. Bu hallar Azərbaycandan kənarda da baş verdi deyə, konser verməkdən iyrəndim. Ancaq bu il konsert vermək niyyətindəyəm”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO