Dünya 13.10.2020 14:00

Mərkəzi Bank “Sberbank”a etiraz etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olan ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayır. Bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə qarşı tərəflərə müraciətlər olunub. Həmin müraciətlərdə qeyd olunan qanunsuz əməliyyatlarda iştirak edən maliyyə təşkilatları xəbərdar olunub ki, yerli maliyyə təşkilatlarının işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyət göstərən təşkilatlarla işgüzar münasibətləri dayandırılacaq. Görülən tədbirlər nəticəsində həmin qanunsuz əməliyyatların qarşısının alınmasına nail olunub.

Qeyd olunan mübarizə tədbirləri Ermənistanın işğalçı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı Milli Ordumuz tərəfindən əks hücum əməliyyatlarının aparıldığı, torpaqlarımızın işğalçılardan azad edildiyi indiki həssas dövrdə xüsusi aktuallıq kəsb edir. Rəşadətli ordumuzun düşmən üzərində inamlı qələbələri və qarşı tərəfin resurslarının tükənməsi şəraitində düşmən qüvvələr dünyanın müxtəlif yerlərindən qeyri-qanuni fəaliyyətləri üçün yardımlar toplamağa cəhd edir.

Rakus.az xəbər verir ki, AMB-nin məlumatına görə, bu xüsusda Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlər zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılıb, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın iştirak faktı aşkarlanıb. Müəyyən olunub ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы”, “Арцах” və ya “Artsakh” təyinatları adı ilə həyata keçirilir.

Bununla əlaqədar dərhal Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərilib. Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilib. “Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib.

Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, “Sberbank” kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Əhalinin nəzərinə çatdırırıq ki, qeyd olunanlarla yanaşı, düşmən həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz tərəfindən uzun illər ərzində işğal altında saxladığı torpaqlarımızda məğlubiyyətə uğradıqca bütün vasitələrlə ölkə daxilində digər təxribatlara da əl atır. Belə ki, ölkə banklarımızın müştərilərində çaşqınlıq yaratmaq məqsədilə banklar adından onlara saxta mesajlar, elektron məktublar göndərilir. Qeyd edək ki, bu təxribatlara qarşı da ölkənin müvafiq orqanları, o cümlədən maliyyə-bank sistemi tərəfindən hazırda ciddi əks tədbirlər görülür və təxribatların qarşısı alınır.

Azərbaycan Mərkəzi Bankı bundan sonra da öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması, o cümlədən işğal altında olan torpaqlarımızda istənilən qanunsuz fəaliyyətin qarşısının alınması üçün adekvat tədbirlərin görülməsini davam etdirəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO