Mərmərə dənizinin bir hissəsi narıncı rəngə boyanıb.
Rakus.az xəbər verir ki, əsas dəyişiklik Türkiyənin Tekirdağ şəhərinin sahilində qeydə alınıb.
Bu hal yerli sakinlər tərəfindən maraqla qarşılanıb.
Elm adamları isə qorxuya əsas olmadığını bildirərək, bu halın dənizdə planktonların çoxalması ilə izah ediblər:
“Buna təbii ekoloji hadisə deyə bilərik və müvəqqəti xarakter daşıyır. Təlaşa səbəb olacaq heç nə yoxdur”.