Əməkdar artist Mətanət İsgəndərli bu yaxınlarda ona elçi gələn şəxsin hələ də ardınca gəzdiyini söyləyib.
Rakus.az xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində danışıb:
“Evə gəldim, gördüm ki, atam əsəbiləşib. Dedi ki, sənə elçi düşən bir qoca kişi gəlmişdi. Qarşımı kəsdi, dedi ki, səninlə qohum olmaq istəyirəm. Mətanətə elçi düşmüşəm. Dedim ki, başın xarabdır? Söylədi ki, yaxşı, onu vermirsənsə, Sədaqəti (Müğənninin bacısı – red.) ver. Deyirəm, ay kişi, nə danışırsan? Doğrudan deyirsən, ya zarafat edirsən? Atam da çaşıb, bilməyib nə etsin.
Verilişdən sonra həmin kişi çıxdı qarşıma, dedi ki, ay Mətanət xanım, nə deyirsən? O məsələni neyləyək? Ağzını açdı, gördüm ki, bir dənə dişi var. Dedi ki, Naxçıvanda bağım, villalarım var. Özü də çayın kənarında. Dedim ki, mənim ərə gedən vaxtım deyil. Əl çəkmir, ikinci dəfə də qarşıma çıxdı. Dedim ki, get, işinlə məşğul ol. Düzdür, pis kişi deyildi, amma ağzını gərək açmayaydı”.