Metroda maska satan şəxs saxlanıldı
Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.
Rakus.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə gətirilib. Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.