Milanoviç Xorvatiyada seçkilərdə qalib gəldi
Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda liderlik edir.
Rakus.az xəbər verir ki, Xorvatiyanın Dövlət Seçki Komissiyasının qeyri-rəsmi məlumatına əsasən, siyasətçiyə seçicilərin 52,7%-i səs verib.
Məlumata görə, hazırkı dövlət başçısı Kolinda Qrabar-Kitaroviç 43,3% səs toplayıb.
Dövlət Seçki Komissiyası bildirib ki, seçkilərdə seçicilərin 55%-i iştirak edib.
Xatırladaq ki, bu, Xorvatiyada prezident seçkilərinin ikinci turu idi. Dünən keçirilən səsvermələrdə ölkə rəhbəri vəzifəsinə əvvəlki raundun nəticəsinə görə birinci və ikinci yeri tutmuş müxalifətçi Sosial Demokrat Partiyasından namizəd Zoran Milanoviç və hazırkı prezident Kolinda Qrabar-Kitaroviç iddialı idi. (Report.az)